Include this script into your page along with the iframe for a responsive media embed
Mən Tortlarda alınma karamel sevmədiyim üçün evdə özüm hazırlayıram. ? Klassik Karamel Resepti ✅ Tərkibi: 3 stəkan şəkər tozu 250 qram kərə yağı mən yağı çox edirəm. 2 st süd isti. Bir çimdik duz (isteyə bağlı – duzlu karamel üçün) Hazırlanması: 1. Qazana şəkər Orta odda şəkəri əridirsən. Qarışdırmadan gözlə – sadəcə qazanı tərpət. 2. Rəngi qızıldan kəhrəbaya keçdikdə (tündləşməyə başlayanda) – çox diqqətli ol! Yanmasın! 3. Kərə yağını əlavə et və qarışdır. Köpüklənəcək – qorxma. Yaxşı qarışdır. 4. Süd isti halda Qarışdırıb homojen vəziyyətə gətir. 5. Duz əlavə etmək istəyirsənsə, bu mərhələdə et. 6. Ocağın altını söndür və 5-10 dəq soyumağa qoy. --- ? Saxlanma: Soyuduqdan sonra şüşə qaba tök və soyuducuda saxla. 2 həftəyə qədər qalır. İstifadədən öncə bir az isidə bilərsən. --- İstəyirsənsə: Dondurma üzərinə Qat-qat tortların arası üçün Alma dilimlərinə batırıb uşaqlarla ləzzətli qəlyanaltı edə bilərsən.